From Wikipedia, the free encyclopedia
Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru?, azərb. Fentezi və Kül Qrimqarı) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir.
Grimgar of Fantasy and Ash | |
灰と幻想のグリムガル (Hai to Gensō no Gurimugaru) azərb. Fentezi və Kül Qrimqarı | |
---|---|
Janr | dram, fentezi, döyüş |
Manqa | |
Manqaka | Ao Cuumonci |
Rəssam | Eyri Şiray |
Nəşriyyat | Overlap Bunko |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 25 iyun 2013 – hazırda |
Cildlər | 21 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Mutsumi Okubaşi |
Nəşriyyat | Square Enix |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Gangan Joker |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 22 aprel 2015 – 22 iyun 2016 |
Cildlər | 3 (cild siyahısı) |
Anime | |
Rejissor | Ryosuke Nakamura |
Prodüsser | Masaya Sayto Naoki Harada Şiqetoşi Sato |
Ssenarist | Ryosuke Nakamura |
Bəstəkar | R.O.N ([K]NoW_NAME) |
Studiya | A-1 Pictures |
Digər lisenziyalar | |
Kanal | AT-X, Tokyo MX, BS11, ABC |
Digər kanallar | |
Buraxılış tarixi | 11 yanvar 2016 – 28 mart 2016 |
Vaxt | 24 dəq. |
Seriyalar | 12 + 1 OVA (seriya siyahısı) |
Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 21 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir.
Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır.
Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır. Hadisələr rahib Manato, oğru Haruhiro, ovçu Yume, sehrbaz Şihoru, döyüşçü Moquzo və qara cəngavər Rantanın qurduğu komanda ətrafında cərəyan edir.
Ranobe seriyası Eyri Şirayın rəssamlığı ilə Ao Cumonci tərəfindən yazılır. İlk tankobon cildi Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildə buraxılmışdır.[3] İndiyə qədər 21 cildi nəşr olunmuşdur. Onlayn ingilis ranobe nəşriyyatçısı J-Novel Club 28 oktyabr 2016-cı ildə ranobeni yayımlayacağını bildirmişdir.[4] Ranobe Şimali Amerikada Seven Seas Entertainment tərəfindən lisenziyalaşdırılmış və iki cildi buraxılmışdır.[5]
Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası Square Enix nəşriyyatının Gangan Joker jurnalında 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi nəşr olunmuşdur.[3][50] 23 noyabr 2016-cı ildə Yen Press manqanı Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamışdır.[51]
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 22 dekabr 2015[52] | ISBN 978-4-757548-40-4 | 20 iyun 2017[53] | ISBN 978-0-316558-56-3 |
2 | 22 mart 2016[54] | ISBN 978-4-757549-18-0 | 31 oktyabr 2017[55] | ISBN 978-0-316441-81-0 |
3 | 22 avqust 2016[56] | ISBN 978-4-75755-082-7 | 23 yanvar 2018[57] | ISBN 978-0-316441-82-7 |
12 seriyalıq anime serialı adaptasiyası Ryosuke Nakamuranın rejissorluğu və ssenaristliyi ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuşdur.[3] Mieko Hosoy personaj dizayneri olmuşdur. Həm açılış mahnısı "Knew day", həm də bağlanış mahnışı "Harvest" (K)NoW_NAME tərəfindən ifa olunmuşdur. Serial 11 yanvar 2016-cı ildən 28 mart 2016-cı ilə kimi AT-X, Tokyo MX, BS11, ABC kanallarında nümayiş etdirilmişdir.[58] Funimation animeni ingilis dilinə dublaj etdirmişdir.[59] Anime hərəsində 2 seriya olmaqla 6 BD/DVD cildi şəklində buraxılmışdır.[60]
№ | Başlıq | Rejissor | Yayım tarixi | İst. |
---|---|---|---|---|
1 | "Pıçıltı, nəğmə, oyunçu, oyanmış" "Sasayaki, Eishō, Inori, Mezameyo" (ささやき、詠唱、祈り、目覚めよ) | Mieko Hosoy | 11 yanvar 2016 | [61] |
2 | "Yeni könüllü əsgər üçün uzun bir gün" "Minarai Giyū-hei no Nagai Ichinichi" (見習い義勇兵の長い一日) | Tomoko Sudo | 18 yanvar 2016 | [62] |
3 | "Qoblin kisələri bizim arzularımızla doludur?" "Goburin-bukuro ni wa Oretachi no Yume ga Tsumatteiru ka" (ゴブリン袋には俺たちの夢がつまっているか) | Akira Takada | 25 yanvar 2016 | [63] |
4 | "Küllə səma rəqsi" "Hai no Mau Sora e" (灰の舞う空へ) | Kunihiko Sakuray | 1 fevral 2016 | [64] |
5 | "Ağlamaq zəif olduğun mənasına gəlmir. Dözmək güclü olduğun mənasına gəlmir." "Naku no wa Yowai Kara Janai. Taerareru no wa Tsuyoi Kara Janai" (泣くのは弱いからじゃない。 耐えられるのは強いからじゃない) | Masahiro Şimizu | 8 fevral 2016 | [65] |
6 | "Onun vəziyyəti" "Kanojo no Baai" (彼女の場合) | Yuki Kinoşita Tatsuya Oka | 15 fevral 2016 | [66] |
7 | "Onlar qoblin doğrayanlar adlanır." "Goburin Sureiyā to Yobarete" (ゴブリンスレイヤーと呼ばれて) | Minami Seki Keyiçi Kondo | 22 fevral 2016 | [67] |
8 | "Səninlə mənin xatirələrimdə" "Kimi to no Omoide ni" (君との思い出に) | 29 fevral 2016 | [68] | |
9 | "Necə istirahət etməli" "Kyūka no Sugoshikata" (休暇の過ごし方) | Eysuke Matsubara Takuşi Ueno | 7 March 2016 | [69] |
10 | "Mən lider olmağa uyğun deyiləm" "Rīdā no Utsuwa Janai Keredo" (リーダーの器じゃないけれど) | Masahiro Şimizu | 14 mart 2016 | [70] |
11 | "Həyatla ölüm arasında" "Seitoshi no ma de" (生と死の間で) | Kunihiko Sakuray | 21 March 2016 | [71] |
12 | "Sabah görüşərik..." "Mata, Ashita..." (また、明日――) | Mieko Hosoy | 28 March 2016 | [72] |
"2,5-ci seriya" adlı 10 dəqiqəlik OVA seriyası animenin ilk BD/DVD cildi ilə birlikdə 16 mart 2016-cı ildə buraxılmışdır.[73] Toho 5 aprel 2016-cı ildə OVA üçün reklam videosu buraxmışdır.[74]
№ | Başlıq | Yayım tarixi | İst. |
---|---|---|---|
2.5 | "Hamam divarında gənclərin gizli müşahidəsi--Bir santimetr daha" "Furo no Kabe ni Kaketa Seishun ―― one moa Senchimētoru" (風呂の壁にかけた青春――one more センチメートル) | 16 mart 2016 | [75] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.