Gümüş samur
From Wikipedia, the free encyclopedia
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir.
Gümüş samur | |
---|---|
ing. Silver Sable | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | The Amazing Spider-Man #265 (iyun 1985) |
Xüsusiyyətlər | |
Əsl adı | Silver Sablinova |
Cinsiyyəti | qadın[d] |
Komiks bioqrafiyası | |
Silahları | peşəkar döyüşçü, silahlardan ustalıqla istifadə etmə |
2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır.