Həmidoğulları bəyliyi
XIX əsrdə Anadolu bəyliyi / From Wikipedia, the free encyclopedia
Həmidoğulları bəyliyi (osman. حميد اوغللری, türk. Hamidoğulları) — Paytaxtı Eğirdir olan Kiçik Asiyada türk bəyliyi (əmirliyi, bəyliyi). Təxminən 1300-1423-cü illər arasında onu idarə edən eyniadlı sülalənin adı ilə adlandırılmışdır. Bəylik və sülalə öz adını banisi Həmid bəydən almışdır. Sülalə həmidilər, bəylik – Həmid də adlanırdı. Bəyliyin mərkəzi Antalya olan cənub hissəsi Təkəogulları vilayəti adlanırdı.
Tarixi dövlət | |
Həmidoğulları bəyliyi | |
---|---|
türk. Hamidoğulları, Hamid | |
|
|
|
|
Rəsmi dilləri | Türk dili |
Dövlət dini | Sünni İslam |
Konyadan Antalyaya gedən yollara nəzarət edən Həmidlər əhəmiyyətli bir qüvvə idi. Bəyliyin banisinin nəvəsi Dündar Antalyanı, Dündarın oğlu İsxak isə Qaramanoğulların da iddia etdiyi keçmiş Əşrəfoğulları bəyliyinin ərazisini bəyliyə birləşdirdi. Bu torpaqlar uğrunda mübarizə ona gətirib çıxardı ki, 1381-ci ildə Hüseyn bəy mübahisəli torpaqlarla birlikdə bəyliyin bir hissəsini Osmanlı Sultanı I Murada satdı. Əlaəddin bəy Karamanlı artıq Murad və I Bəyazidlə torpaq uğrunda mübarizəni davam etdirdi. Həticədə 1390-1398-ci illər arasında Qaramanoğulları və Həmidilər kimi bəyliklər Osmanlılar tərəfindən tutuldu.
1402-ci ildə Ankara döyüşündən sonra bəyliyin cənub hissəsi müstəqilliyini bərpa etdi. Təkəoğulları bəyliyi adı altında 1423-cü ilə qədər mövcudluğunu qorumağı bacardı. Bundan sonra bəylik torpaqları nəhayət Osmanlıların nəzarətinə keçdi.