Hacı Qara filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1929[3]-ci ildə ekranlaşdırılmışdır. Film Azdövlətkinoda istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.[4] Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.[5]
Cəld faktlar Janr, Rejissor ...
Bağla
Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.
- Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
- 3 oktyabr 1927-ci ildə ilk dəfə olaraq, kinostudiyada filmin ssenarisi oxundu.[6] Rejissor Abbas Mirzə Şərifzadə filmin hazırlıq işlərinə 1927-ci ildən, filmin çəkilişlərinə isə həmin ilin son aylarından başlamışdır.[7]
- Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.
- Bu film kinodramaturq kimi Cəfər Cabbarlının kinoda ilk işidir. Yəni Cəfər Cabbarlı Azərbaycanın ilk milli kinodramaturqudur.
- Film aktrisa Əzizə Məmmədovanın kinoda ilk işidir.
- Film aktyor Əli Qurbanovun kinoda ilk işidir.
- Film günümüzə qədər gəlib çatmamışdır. Yalnız 2022-ci ildə filmə aid 38 saniyəlik epizod tapılmışdır.[8]
Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
Н.А. Лебедев. Очерки истории кино СССР, т. 1. Москва: Госкиноиздат, 1947.- стр. 258.
Шәрифзадә // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Б.: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 514–515
Əfəndizadə, Ç. "Sona" ("Hacı Qara" filmi) //Kommunist.- 1929.- 25 mart
Veho. "Sona" və "Hacı Qara" //Yeni yol.- 1929.- 26 mart
Газ. "Кино". 3 января 1928 года.
- Əfəndizadə, Ç. "Sona" ("Hacı Qara" filmi) //Kommunist.- 1929.- 25 mart
- Veho. "Sona" və "Hacı Qara" //Yeni yol.- 1929.- 26 mart
- H. Abbasov. Xatirələr. Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun elmi arxivi, inv. № 643 (a).
- İbrahim, X; Tahir, Ə. "Hacı Qara" //Kommunist.- 1930.- 18 mart.
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.