Harri Potter və Azkaban Məhbusu (roman)
From Wikipedia, the free encyclopedia
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan üçüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Ovsun məktəbi Hoqvartsda üçüncü ili təsvir olunur. Dostları Ron Uizli və Hermiona Qreyncer ilə birlikdə Harri, Azkabandan qaçmış və Lord Voldemortun köməkçisi olduğuna inandığı Sirius Blekin kimliyini araşdırır.
Bu məqalə "Harri Potter və Azkaban Məhbusu" romanı haqqındadır. Eyniadlı film haqqında məqalə üçün Harri Potter və Azkaban Məhbusu (film, 2004) səhifəsinə baxın. |
Harri Potter və Azkaban Məhbusu | |
---|---|
Harry Potter and the Prisoner of Azkaban | |
Müəllif | Coan Roulinq |
Janr | fentezi |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili |
8 iyul, 1999 (BK) 8 sentyabr, 1999 (ABŞ) |
Tərcüməçi | Fərid Hüseynli |
Rəssam |
Klif Rayt (BB) Meri QrandPri (ABŞ) |
Seriya | Harri Potter |
Nəşriyyat |
Bloomsbury Scholastic Qanun |
Səhifə |
317 (BB) 435 (ABŞ) 456 Azərbaycan |
Əvvəlki | Harri Potter və Sirlər Otağı |
Sonrakı | Harri Potter və Alov Kuboku |
Kitab Birləşmiş Krallıqda 8 iyul 1999-cu ildə "Bloomsbury" nəşriyyatı, ABŞ-də isə 8 sentyabr 1999-cu ildə "Scholastic Inc." Nəşriyyatı tərəfindən[1][2][3][4], Azərbaycanda isə 2014-cü ildə nəşr edilmişdir. Roulinq kitabın yazılmasının öhdəsindən çox rahatlıqla gəlmiş və cəmi bir il içində tamamlamışdır. Birləşmiş Krallıqda üç gün ərzində 68,000 nüsxə ilə satılan kitab, ümumilikdə ölkə ərazisində 3 milyon nüsxədən çox satılmışdır.[5] 1999-cu ildə Kosta Kitab Mükafatı, Brem Stoker Mükafatı, 2000-ci ildə Lokus Ən Yaxşı Fentezi Romanı Mükafatına layiq görülən roman, Hüqo mükafatı da daxil olmaqla bir çox nüfuzlu ədəbiyyat mükafatlarının qısa siyahısına salınmışdır.
Romanın 2004-cü ildə çıxarılmış film adaptasiyası $796 milyon gəlir əldə etmiş və tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. "Harri Potter və Azkaban Məhbusu" romanı əsasında müxtəlif platformalar üçün nəzərdə tutulmuş oyunlar da hazırlanmışdır.