From Wikipedia, the free encyclopedia
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi.
Harun ər-Rəşid | |
---|---|
ərəb. هَارُون الرَشِيد | |
| |
Əvvəlki | Əl-Hadi |
Sonrakı | Əl-Amin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 766 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, şair, Xəlifə |
Atası | Əl-Mehdi |
Anası | Əl-Xeyzuran bint Ata |
Həyat yoldaşları |
Zübeydə bint Cəfər Mərəcil |
Uşaqları |
Əl-Mötəsim Əl-Mötəmin Əl-Məmun Əl-Amin |
Ailəsi | Abbasilər |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir. Harun əl-Rəşidin xilafəti dönəmində İslam xilafəti hərbi, siyasi, mədəni ve elmi baxımdan sürətli inkişaf etmişdir.
Xəlifə Harun ər-Rəşid(l) haqqında zamanında yazılmış bir çox şəxsi və dövləti məsələlərə aid əhvalatlar, rəvayətlər, hekəyələr və məsəllər günümüzə qədər gəlib çatmış, məşhurlaşmışdır. Bunların bir çoxu həqiqəti əks etdirərək tutarlı səhih sənədlərlə əsaslansa da, bəziləri də uydurmadır.
Harun ər-Rəşidlə (l)bağlı bir çox sənədli əsərlərdə onun əxlaq və fəhminə dair bir çox səhih rəvayətlər əks olunub. Məsələn, ibn Abd-əl-Barrdan səhih rəvayətdə bildirilir ki, Xəlifə Harun ər-Rəşid(l) Kəbə evini təvaf edən zaman ona bir nəfər yaxınlaşıb: "Ey möminlərin əmiri, sənə nəsihət etmək istəyirəm, lakin mənim sözlərim kəskin olacaq, ona görə də buna səbir etməni rica edirəm." Xəlifə: "Yox, mən bunu sənə hörmət olaraq belə qəbul edə bilmərəm. Çünki Allahu Təalə səndən daha xeyirlisi olan Musa peyğəmbəri məndən daha pis olan Fironun yanına göndərərkən, "Onunla yumşaq danış" əmr etmişdir" dedi. Sonra da Qurandan bu ayəni oxudu "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!"[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.