![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d1/Maruoka_Castle_20100529-01.jpg/640px-Maruoka_Castle_20100529-01.jpg&w=640&q=50)
Hitobaşira
From Wikipedia, the free encyclopedia
Hitobaşira (人柱?, azərb. insan sütunu) – Yaponiyada insan qurban verməyin əfsanəvi üsulu.[1] Bir çox Yaponiya əfsanəsinə görə qədim dövrə aid bəzi körpü, bənd, qəsrlərin tikintisi zamanı onların altında insanlar diri-diri basdırılıblar ki, tikilinin strukturu möhkəm olsun.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d1/Maruoka_Castle_20100529-01.jpg/640px-Maruoka_Castle_20100529-01.jpg)
Bu cür insan qurban vermək barədə ilk məlumata "Nihon Şoki" (720) salnaməsinin İmperator Nintokunun hakimiyyəti haqqında olan bölməsində bəhs olunur.[1] Xüsusilə, Tarumidə (Hyoqo prefekturası) yerləşən Naqara körpüsünün tikintisi bu barədə məşhur əfsanədir.[1] Bu əfsanədə bir kəndli istəmədən də olsa özünü qurban verir.[1] Əfsanələrdəki qurbanların çoxu qadındır.[1] Hitobaşira əfsanələrinin mikolar tərəfindən su ilahlarını sakitləşdirmək məqsədilə yayıldığına inanılır.[1]