III Xentakaves və ya III Xentkaus[2] Beşinci sülalə dövründə yaşamış qədim Misir kraliçasıdır. Onun firon Neferefranın arvadı və firon Menkauhorun anası olduğu ehtimal edilir.[1][3]

Cəld faktlar Hökmdarın arvadı, hökmdarın anası, Şəxsi məlumatlar ...
III Xentakaves
mis.
xnt
t
kA kA
kA
s

Ḫnt kȝw=s
Hökmdarın arvadı, hökmdarın anası
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. XXV əsr
Vəfat tarixi e. ə. XXV əsr
Dəfn yeri Abusir, mastaba AC 30
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Neferefra?
Uşağı Menkauhor?[1]
Ailəsi Beşinci sülalə
Dini Qədim Misir dini
Bağla

4 yanvar 2015-ci ildə Misir hökuməti çex arxeoloqlar tərəfindən onun sərdabəsinin aşkar edilməsini elan etdi.[1] Misirin Qədim Əsərlər Naziri Məmduh Eldamatiyə görə sərdabənin aşkar edilməsinə qədər III Xentakavesin müvcudluğu bilinmirdi. Bundan əvvəl eyni ada sahib iki kraliça təyin edilmişdi.[1][4]

Sərdabəsi

III Xentakavesin sərdabəsi (AC 30 olaraq işarə edilib[2]) Neferefranın da daxil olduğu Beşinci sülalənin fironlarına həsr olunmuş bir çox piramidaların daxil olduğu yerdə - Abusirdə tapılıb.[4] Sərdabə Neferefranın məzar kompleksinin yaxınlığında Praqanın Çarlz Universitetindən Miroslav Bartanın rəhbərlik etdiyi çex arxeoloqları tərəfindən misirlilərlə əməkdaşlıq edilərək tapılıb.

Xentakavesin adıtitulu böyük ehtimalla sərdabəni tikənlər tərəfindən sərdabənin daxili divarlarında qeyd edilib.[4] Onun dəfn yeri mastabadır. Çünki aradakı şaquli sütundan keçməklə yerın altındakı dəfn otağına keçmək mümkündür.[5] Buradakı işarələr onu həm "hökmdarın arvadı", həm də "hökmdarın anası" olaraq göstərir və bu da onun oğlunun taxta çıxdığına dəlalət edir.[3] 4 mis əşya ilə yanaşı heykəlciklər və 24 əhəngdaşından olan əşyalar da (dəfndə istifadə edilən əşyaların bir hissəsi) sərdabədə tapılıb.[3] Sərdabə Beşinci Sülalənin dövrünün ortalarına aid edilir.[4]

Sərdabəni aşkar edən arxeoloqlar sərdabənin Neferefranın kompleksinə yaxın yerdə - onun cənub-şərqindəki qəbiristanlıqda olmasına əsaslanaraq onun Neferefranın arvadı olduğuna inanırlar.[6][7] Eldamati qeyd edib: "Bu kəşf bizə Dördüncü Sülalə ilə birlikdə ilk piramidlərin qurulmasına şahidlik edən Beşinci Sülalənin bəzi bilinməyən cəhətlərinə işıq tutulmasında kömək edəcək."[8]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.