From Wikipedia, the free encyclopedia
Zöhrətəddin II Əfridun (Şamaxı – 1160, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirminci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.
II Afridun ibn Mənuçöhr | |
---|---|
Şirvanşahlar Dövlətinin XX hökmdarı | |
Vəzifədədir | |
1160-cı ildən | |
Əvvəlki | III Böyük Mənuçöhr |
Sonrakı | I Axsitan |
Şəxsi məlumatlar | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | III Böyük Mənuçöhr |
Uşağı | |
Dini | Sünni İslam |
Mənuçöhr h.555 (1160)-ci ildə öldükdən sonra Şirvanşahlar taxtına çox qısa müddətdə onun oğlu Afridun çıxmışdır. O, özündən sonra nə numizmatik, nə də digər başqa bir abidə qoymuşdur. Afridunun adına onun oğlu Fəribürzün sikkələrində öz şəcərəsini göstərən yazılarda təsadüf edilir. Afridun elə həmin ildə öldürüldükdən sonra Mənuçöhrün başqa bir oğlu - Axsitan Şirvan hökmdarı olmuşdur.[1]
Fələki Şirvani qəsidələrinin birində Əfridunu tərifləyərək deyir:
Çox illər yaşasın Zöhrətəddin,
Dövrün məkrlərindən uzaq olsun,
Fəridun şahzadədir aslan ürəkli,
Təkcə atası var dünyada onun təki
Ziya Bünyadov şair Xaqaninin də Əfridundan bəhs etdiyini qeyd edir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.