From Wikipedia, the free encyclopedia
Alarix (ən tezi 365 və ən geci 370[1] – dekabr 410[1], Kosensa, Qərbi Roma imperiyası[1]) — Vestqot hökmdarı və sərkərdəsi.
Alarix germanların tanınmış varlı Balt nəslindəndir. O, german tayfalarından biri olan vestqotların bacarıqlı və uzaqgörən rəhbəri idi. 395-ci ildə vestqotlar Balkan yarımadasında Alarixin başçılığı ilə üsyan etdilər və onu konunq - kral seçdilər. Alarix Frakiyaya, Makedoniyaya və Yunanıstana soxuldu, Afinanı tutdu. Korinfi, Arqosu və Spartanı talan etdi. Roma imperatoru onunla sülh bağlamaq, Balkan yarımadasının qərbində zəngin İlliriya əyalətini vestqotların məskunlaşması üçün ayırmaq məcburiyyətində qaldı. 401-ci ildən vestqotlar Qərbi Roma imperiyasına hücumlarını artırmağa başladılar. Bir neçə il ərzində vestqotların romalılara qarşı müharibələri ittifaq haqqında sazişlərlə əvəz olunmuşdu. Roma qoşunlarında xidmət edən xeyli germanlar, habelə çoxlu sayda Roma qalları Alarixin tərəfinə keçdilər. Alarix üç dəfə Romaya yaxınlaşıb onu mühasirəyə almışdır. 410-cu il 24 avqustda "əbədi şəhər" Alarixin başçılıq etdiyi vestqotlar tərəfindən tutuldu və üç gün talan edildi. Alarix Cənubi İtaliyada - Siciliya ya və Şimali Afrikaya yürüşə hazırlaşdığı zaman ölmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.