I Ferdinand (Müqəddəs Roma imperatoru)
From Wikipedia, the free encyclopedia
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: I Ferdinand.
I Ferdinand (10 mart 1503[1][2][…], Alkala-de-Enares[d], Kastiliya krallığı – 25 iyul 1564[1][2][…], Vyana[3]) — 1526-cı ildən Macarıstan və Bohemiya kralı, 5 yanvar 1531-ci ildən Almaniya kralı (Roma kralı), 1556-cı (formal olaraq 1558-ci) ildən Müqəddəs Roma İmperiyasının imperatoru, Habsburqlar sülaləsinin kiçik (Avstriya) qolunun soybaşı. O, həmçinin Avstriya ershersoqu olmuşdur və məhz onun hakimiyyəti dövründə 1529-cu ildə Avstriya Vyana döyüşündə türklərə qalib gəldi.
Cəld faktlar Müqəddəs Roma İmperatorlarının siyahısı, Əvvəlki ...
I Ferdinand | |
---|---|
27 avqust 1556 – 25 iyul 1564 | |
Əvvəlki | V Karl |
Sonrakı | II Maksimilyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1503(1503-03-10)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 iyul 1564(1564-07-25)[1][2][…] (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Sülalə | Habsburqlar sülaləsi |
Atası | I Filip (Kastiliya kralı)[4] |
Anası | Kastiliyalı I Yuanna[4] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Ferdinand, I Filip və Kastiliyalı I Yuannanın dördüncü övladı idi. O, ana tərəfindən Araqon kralı II Ferdinand və Kastiliyalı I İzabellanın, atası tərəfindən isə I Maksimilyan və Burqonlu Mariyanın nəvəsi idi. İmperator V Karl onun böyük qardaşı idi.