I Kennet (Şotlandiya kralı)
Albanın (Şotlandiya) birinci kralı. / From Wikipedia, the free encyclopedia
I Kennet (ortagel: Cináed I, şot.kelt Coinneach I, ing. Kenneth I) və ya Kennet mak Alpin (ortagel: Cináed mac Ailpin, şot.kelt Coinneach mac Ailpein,[lower-alpha 1] ing. Kenneth MacAlpin; təq. 810[1], Ayona – 8 fevral 858, Forteviot[d][2]) — təqribən 834–858-ci illərdə Dal Riada kralı, 843–858-ci illərdə piktlər kralı və Makalpinlər sülaləsinin banisi olan II Alpinin oğlu. Dal Riada taxt-tacına irsən sahiblənən I Kennet 843–850-ci illərdə piktlərin krallığını ihlaq edir və bütün Şotlandiyanı fəth etməyə, eləcə də piktləri assimilyasiya etməyə başlayır. Buna görə də ona An Ferbasax (şot.kelt An Ferbasach, azərb. Fateh) ləqəbi verilmişdir.[4] Onun krallığının paytaxtı Forteviot idi. O, Stratklayd krallığından olan britlərlə, eləcə də Piktlanda basqınlar təşkil edən danimarkalı vikinqlərlə vuruşmuşdur. Əlavə olaraq, I Kennet Skun daşı kimi talismanları Ayonadakı tərk edilmiş monastırdan götürüb başqa bir yerə aparmışdı.
I Kennet | |
---|---|
şot.kelt Cináed mac Ailpín ing. Kenneth I | |
Şotlandiya monarxı[d] | |
843 – 858 | |
Əvvəlki | X Drest[d] |
Sonrakı | I Donald |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 810[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 fevral 858 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Sülalə | Makalpinlər |
Atası | II Alpin |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vəliəhdləri kimi özünə piktlər kralı titulunu götürməyinə baxmayaraq, I Kennet qədim dövrlərdə Alba olaraq bilinən Şotlandiyanın qurucusu hesab edilir. Salnamələrdən biri I Kenneti şotlandların ilk qanunyaradanı adlandırır, ancaq onun qəbul etdiyi qanunlar barədə heç bir məlumat yoxdur.