Jak Hudek
From Wikipedia, the free encyclopedia
Jak Hudek (ing. Jacques Houdek; d. 14 aprel 1981, Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)) — Xorvatiyalı müğənni və bəstəkar. O Xorvatiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Jak öz peşəkar musiqi karyerasına 2000-ci ildə başlamışdır və həmin zamandan ifaçı bir çox mahnılar və albomlar təqdim etmişdir. O Xorvatiyanın The Voice səs yarışmasında münsif olaraq faəliyyət göstərir və 2015-ci ildə onun komandasında yer alan Nina Kralyiç yarışmanın qalibi seçilmişdir. Jak Xorvat dili ilə yanaşı İngilis, İtalyan, Alman, İspan, Fransız və Makedon dillərində də mahnılar ifa etmişdir.
Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Jak Hudek | |
---|---|
ing. Jacques Houdek | |
Ümumi məlumatlar | |
Doğum adı |
Jelko Hudek xorv. Željko Houdek |
Ləqəbləri |
Gospodin Glas Mr. Voice |
Doğum tarixi | (43 yaş) |
Doğum yeri | Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya) |
Vətəndaşlığı | Xorvatiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2000–h.h. |
Janr | |
Musiqi aləti | piano |
Albom şirkəti | Croatia Records |
Əlaqəsi | Nina Kralyiç |
jacqueshoudek.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla