From Wikipedia, the free encyclopedia
Jean Edith Camilla Läckberg Sköld (İsveç dilində tələffüz: [kaˈmɪ̂lːa ˈlɛ̂kːbærj]; 30 avqust 1974[1][2]) — isveçli kriminal yazıçıdır. 2010-cu illərin əvvəlindən onun əsərləri 60 ölkədə 40-dan çox dilə tərcümə edilmişdir. Ona "Nordic noir-in rok ulduzu" ləqəbi qoyuldu.
Kamilla Lekberq | |
---|---|
isv. Camilla Läckberg | |
Doğum tarixi | 30 avqust 1974[1][2] (50 yaş) |
Təhsili | |
Fəaliyyəti | yazıçı, romançı, televiziya aparıcısı, iqtisadçı |
Fəaliyyət illəri | 2003-cü ildən |
Janrlar | uşaq ədəbiyyatı |
camillalackberg.se | |
Vikianbarda əlaqəli mediafayllar |
Lekberq gənc yaşlarında atasının kitabxanasında bu tip ədəbiyyatı kəşf etdiyi üçün özünü cinayət yazmaq üzrə mütəxəssis hesab edir. O vaxtdan bəri bu, onun üçün cazibə mənbəyi olaraq qalır. Lekberq'in kitabları təfərrüat və "dərin xarakteristikaya" görə xüsusi təriflər aldı. Bəzən İsveç'in Aqata Kristi'si adlandırılan Lekberq əri və valideynləri onu Milad hədiyyəsi olaraq yaradıcı yazıçılıq kursuna yazdırdıqdan sonra yazıçı oldu. O, özünü vizual yazıçı kimi təsvir edir: "Əslində, mənim üçün müəyyən görüntülər — anlıq görüntülər — ilk növbədə gəlir və sonra hekayə o kiçik parçalardan bir araya gəlməyə başlayır. "Mən yazanda çox vizual oluram, hekayəni şəkillərdə "görürəm" və kitab yazmaq 7/24 beynimdə bir filmin işləməsinə bənzəyir." Onun işləri "İsveç sahillərinin atmosferik təsviri, yaxşı çəkilmiş personajlar və (ən yaxşı halda) mürəkkəb və psixoloji nüanslı süjetləri ilə seçilir" kimi təsvir edilmişdir. "Vaşinqton Post"un "The Preacher" (2012) romanı ilə bağlı icmalında tənqidçi qeyd edib ki, "ağıllı süjet qurma və dərin xarakteristikalar "The Preacher" əsərini digər bir çox trillerlərdən üstün tutan yeganə keyfiyyətlər deyil. Bundan əlavə olaraq təqdirəlayiq təfərrüat hissi də var. Ən son romanını (The Colden Cage, 2020) nəzərdən keçirərkən The New York Times onu "ağıllı, sarsılmaz bir roman" kimi xarakterizə etdi.
Lekberg Bohusla'nın Fyalbaka şəhərində anadan olub və erkən yaşda yazmağa başlayıb. İlk nəşr olunan əsərinin adı "Tomten" idi. Göteborq Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra o, Stokholm'a köçdü və burada ciddi bir şəkildəbədii ədəbiyyat yazmağa başlamazdan əvvəl iqtisadçı kimi çalışdı. O, Sahara Silver Jewelry AB adlı zərgərlik şirkətinin biznes tərəfdaşıdır. Honqkonq doğum modası şirkəti Sono Vaso o vaxt hamilə olan müəllifin dəstəyi ilə Avropa'da fəaliyyətə başladı.
Lekberq ilk dəfə Micke Eriksson ilə evləndi; Onlar 2007-ci ildə boşanıblar. İsveç qanunlarına görə, Lekberq'in keçmiş əri Eriksson, evlilikləri zamanı bağlanan müqavilələrdən əldə olunan gəlirin yarısını almaq hüququna malik idi. Sonda razılaşdılar ki, o, ona birdəfəlik pul ödəyəcək.
Lekberq ikinci dəfə 2010-cu ildə Robinson Expedition qalibi Martin Melin ilə evləndi. İkisi 2005-ci ildə kitablarından birinin buraxılış gecəsində tanış oldular və sonra iş münasibətinə başladılar. Melin 2009-cu ilin avqustunda Lekberq'ə evlilik təklif etdi.
O, 2015-ci ildə MMA döyüşçüsü və yazıçı Simon Sköldl'ə nişanlanıb və 2017-ci ildə evləniblər.
Kamilla Lekberq'in dörd övladı var: İlk evliliyindən Villi və Meya, ikinci evliliyindən Çarli və Sköld ilə münasibətindən Poli. Çarli həm də anasının ilk uşaq kitabı olan Super-Çarli'nin qəhrəmanıdır.
Lekberq'in bir çox romanında cinayəti həll edən yazıçı Erika Folk və polis detektivi Patrik Hedström'ün ər-arvad cütlüyü yer alır.
İlk dörd roman 2007–2010-cu illər arasında televiziya filmləri kimi adaptasiya olunmuşdur; Elisabet Carlsson və Niklas Hjulström Erika və Patrik rolunu oynadılar.
Fjällbackamorden teleserialının çəkilişləri 2011-ci ilin avqustunda Lekberq'in romanlarının personajları əsasında başladı, lakin hekayələr yeni idi; Erika və Patrik rolunu aktyorlar Klaudiya Qalli və Riçard Ulfsater oynayıb.
2013-cü ildə Lekberq'in 2007-ci ildə eyniadlı romanı əsasında (İngilis dilinə The Hidden Child kimi tərcümə olunur) Per Hanefjordun rejissorluğu ilə Tyskungen adlı İsveç filmi nümayiş olundu, Galli və Ulfsäter Erika və Patrik rollarını təkrar canlandırdılar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.