From Wikipedia, the free encyclopedia
Kan Kimura (木村 和, Kan Kimura?, 24 sentyabr 1962, Fukuoka – 12 noyabr 2023) və ya səhnə adı ilə Kan – Yaponiya müğənnisi. 1990-cı ildə buraxdığı "Ai wa Katsu" mahnısına görə tanınır.
Kan | |
---|---|
yap. KAN | |
Ümumi məlumatlar | |
Doğum adı | 木村 和 |
Doğum tarixi | 24 sentyabr 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 2023 (61 yaşında) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, müğənni-mahnı yazarı, bəstəkar, söz yazıçısı[d], musiqi prodüseri, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1983–2023 |
Janrlar | J-pop[d], pop musiqisi[1], yeni dalğa, pop-rok |
Albom şirkəti | Polydor Records |
kimurakan.com |
Kan 1987-ci ildə debüt albomu olan "Terebi no Naka ni" (hərf. "Televiziyada") albomunu buraxmışdır. Onun 1990-cı ildə buraxdığı "Yakyu Senshu ga Yume datta" (hərf. "Beysbolçu olmağı arzuladım") albomuna daxil olan "Ai wa Katsu" (hərf. "Sevgi qalib gələcək") mahnısı Yaponiyada böyük hit olmuşdur. Mahnı 1991-ci ildə Yaponiya Səsyazma Mükafatında pop və rok kateqoriyasının qalibi olmuşdur.[2] 2002–2004-cü ildə Parisdə piano dərsləri almışdır. Yaponiyaya qayıtdıqdan sonra diqqətini konsertlər və radio proqramlarına yönəltmişdir.[3]
Kan 2023-cü ilin martında ona Mekkel divertikul xərçəngi diaqnozu qoyulduğu açıqlamış və səhnə fəaliyyətini dayandırmışdır. 12 noyabr 2023-cü ildə ölmüşdür.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.