Katarina Vitt
From Wikipedia, the free encyclopedia
Katarina Vitt (alm. Katarina Witt; 3 dekabr 1965[1][2] və ya 1964[3], Ştaken[d], Qərbi Berlin) — dünya şöhrətli şərqialmaniyalı fiqurçu, film sənətçisi. Katarina Vitt, 1984-cü ildə Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarının və 1988-ci ildə Kalqaridə baş tutan XV Qış Olimpiya Oyunlarının çempionu olub. O, üç dəfə (1932, 1936, 1940) Olimpiya Oyunlarının qalibi olan Norveç nümayəndəsi Sonya Henidən sonra 2 dəfə Olimpiya Oyunlarının çempionu olmağı bacaran yeganə idmançıdır.
Katarina Vitt | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Katarina Witt | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Katarina Vitt | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | «sosializmın ən gözəl siması» | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 3 dekabr 1965(1965-12-03)[1][2] (58 yaş) və ya 1964[3] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 166 sm. (5 ft 5 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 55 kq[4] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Yutta Müller (1977—1988) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Katarina Vitt 1984, 1985, 1987 və 1988-ci illərdə Dünya Çempionatının qızıl medalına sahib olub. 1983, 1984, 1985, 1986, 1987 və 1988-ci illərdə Avropa Çempionatının qalibi olan Katarina Vitt, 1981-ci ildən 1988-ci ilə qədər Şərqi Almaniya Çempionatının 8 dəfə çempionu olub və 1984-cü ildə Şərqi Almaniyada ilin qadın idmançısı seçilib. Karyerasını başa vurduğdan sonra film sahəsində çalışan Katarina Vitt, 1990-cı ildə nüfuzlu "Emmi" televiziya mükafatına layiq görülüb. 32 yaşında «Playboy» jurnalı üçün ehtiraslı pozlar verən Katarina Vitt, bir-sıra televiziya verilişlərinin aparıcısı olub.
Karyerası ərzində 39 yarışa qatılan Katarina Vitt, onların 24-də qızıl medal, 6-da gümüş medal, 1-də isə bürünc medal qazanıb. 8 yarışda medal qazana bilməyən Katarina Vitt, ən çox Dünya və Avropa çempionu olan alman fiqurçudur.
80-cı illərin sonu, 90-cı illərin əvvəlində Birləşmiş Ştatların məşhur «Time» jurnalı Katarina Vitti, «sosializmın ən gözəl siması» (the most beautiful face of socialism) adlandırıb.