From Wikipedia, the free encyclopedia
Kiçik edda (isl. Snorra Edda) — Snorri Sturlusonun 1220-ci ildə İslandiyada qələmə aldığı əsər.[1] Nəsr eddası, Snorrinin eddası olaraq da bilinir. Nəzm eddası ilə bərabər German-skandinav mifologiyasının öyrənilməsində ən böyük qaynaqdır.
Odin və digər tanrıların Troyadan şimala köçən sadə insanlar olduğu haqda hekayədən bəhs olunur. Onların üstün mədəniyyət və texnologiyaya sahib olmasının tanrılar kimi görünməsinə səbəb olduğu qeyd olunur. Onların ölümündən sonra qəbrinə ziyarət edənlərin tanrılaşdırdıqlarından bəhs olunur.
Gylfaginning (azərb. Gilvenin fırıldağı)[1] dünyanın yaradılışı və məhv olunması haqda hissədir. Təqribən 20000 sözdən ibarətdir. Nəzm eddasından sitatlar da var.
Skáldskaparmál (azərb. Şeir dili)[1] dəniz tanrısı Aegir və şeir tanrısı Bragi arasında poeziyaya aid söhbətlərdən ibarətdir. Təqribən 50000 söz olub, kenninqlər və sinonimlər haqqında dialoqlar var.
Háttatal (azərb. Qafiyələrin siyahısı)[1] təqribən 20000 sözdən ibarət olub Snorri Sturlusonun öz şeirlərindən ibarətdir. Tez-tez özündən əvvəlki şairlərin qafiyələrdən istifadə etmədiyi haqda bəhs edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.