Kişvəri
From Wikipedia, the free encyclopedia
Nemətullah Kişvəri (XV əsr, Salmas, Qərbi Azərbaycan ostanı – XVI əsr, Təbriz) — XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır.[1] Onun adı Nemətullah, təxəllüsü isə Kişvəridir.[2]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Kişvəri | |
---|---|
Doğum tarixi | XV əsr |
Doğum yeri | |
Vəfat tarixi | XVI əsr |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
![]() |
Bağla
O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır.[1][3] Kişvəri Azərbaycan (türk) və fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır.