![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c5/C.E.Bosworth_Cambridge_20.9.2011.jpg/640px-C.E.Bosworth_Cambridge_20.9.2011.jpg&w=640&q=50)
Klifford Edmund Bosvort
From Wikipedia, the free encyclopedia
Klifford Edmund Bosvort (ing. Clifford Edmund Bosworth; 29 dekabr 1928[1][2], Şeffild, Yorkşir[d] – 28 fevral 2015[1][2], Yeovil[d], Cənub-Qərbi İngiltərə[d][3]) — Birləşmiş Krallıq şərqşünası (ərəbşünas,iranşünas). O, Britaniya Akademiyasının üzvü. Bosvort "İslam Ensiklopediyası"nın baş redaktoru və müəlliflərindən biri, məsləhətçi redaktoru, "İranika", "Britannika" və "Amerikana" ensiklopediyalarının müəlliflərindən biridir.[4]
Klifford Edmund Bosvort | |
---|---|
![]() | |
Doğum tarixi | 29 dekabr 1928(1928-12-29)[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 fevral 2015(2015-02-28)[1][2] (86 yaşında) |
Vəfat yeri |
|
Elm sahəsi | İranşünaslıq |
İş yeri | |
Təhsili | |
![]() |
Oksford və Edinburq Universitetlərində təhsil almışdır. O, Sent-Endryus, Mançester və Prinston universitetlərində dərs demişdir.[4]
Jurnal və toplularda yüzdən çox nəşrin, monoqrafiyanın müəllifidir. "Amerikana", "Britannika", "İranika" (məsləhətçi redaktor) və "İslam Ensiklopediyası" (baş redaktor) ensiklopediyaları ilə əməkdaşlıq etmişdir.[4]