Klondayk qızıl hərisliyi (ing. Klondike Gold Rush; digər adları Yukon qızıl hərisliyi, Alyaska qızıl hərisliyi, Sonuncu böyük qızıl hərisliyiYukon Gold Rush, Alaska Gold Rush, Last Great Gold Rush) — 1896-1898-ci illərdə Kanadanın Yukon əyaləti ərazisində baş vermiş qızıl hərisliyi.

Thumb
Qızılaxtaranlar Çilkut keçidindən keçərkən (1898)

Klondayk qızıl hərisliyi 100 minə yaxın qızılaxtaranın bu ərazilərə gəlməsinə səbəb olmuşdur. 1896-cı ilin 16 avqust tarixində ərazidə ilk qızıl mədənləri aşkarlandı, bir il sonra isə bu xəbər SietlSan-Fransisko şəhərlərinə çatdırılmış və burada minlərlə qızılaxtaran AlyaskaYukona getmək üçün ciddi hazırlıqlara başlamışlar. Ərazinin soyuq iqlimə malik olması, hündür dağlardan, təpələrdən ibarət olması səbəbindən 30-40 minə yaxın qızılaxtaran Klondayk mədənlərinə çatmadan geri qayıtmışdır.

Klondayk qızıl hərisliyi zamanı cəmi 4 min qızılaxtaran öz məqsədinə çatmışdır. Qalan qızılaxtaranların çoxu ya yarı yoldan qayıtmış, ya da ki, qızıl tapa bilməmişdilər.

Mədəniyyətə təsiri

Klondayk qızıl hərisliyi və həmin ərəfədə baş vermiş digər qızıl hərislikləri XIX əsrin sonu - XX əsrin əvvələrində Amerika mədəniyyətinə öz təsirini göstərmişdir.

1897-ci ilə özü də qızılaxtaranlara qoşulan Cek London, sonradan bu mövzuya həsr olunmuş çox sayda bu gün də məşhur olan roman və hekayələr yaratmışdı.

1925-ci ildə çəkilmiş və Çarli Çaplinin baş rolda oynadığı Qızıl hərisliyi filmində Avara ləqəbli baş qəhrəmanın Klondayk qızıl hərisliyində iştirak etməsindən bəhs olunur.

Həmçinin bax

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.