Kulon (ölçü vahidi)
From Wikipedia, the free encyclopedia
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi[3] və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir.[4]
Cəld faktlar Ümumi məlumatlar, Ölçdüyü anlayış ...
Kulon | |
---|---|
Ümumi məlumatlar | |
Ölçdüyü anlayış | elektrik yükü[1][2] |
Adını daşıyır | Şarl Kulon |
Bağla
BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur.