From Wikipedia, the free encyclopedia
Kuropalat (yun. κουροπαλάτης, lat. cura palatii; «saray baxıcısı») — Bizans sarayında titul. Əvvəlcə imperator sarayının ən yüksək qvardiyası ilə əlaqələndirildi, lakin sonra yalnız fəxri titula çevrilmişdir. İlkin olaraq, kuropalat birbaşa imperatordan sonra ən mühüm vəzifə sayılırdı. O dövrdə kuropalat titulunu çox vaxt imperator ailəsinin üzvləri, bəzən də taxt varisi alırdı. Komninlər dövründə kuropalatın mövqeyi əhəmiyyətini itirməyə başlamışdır. XII əsrdə protokuropalat kuropalatdan daha yüksək vəzifə olmuşdur. Özü də kuropalat olan Kodinin dövründə kuropalat artıq 15-ci dərəcəli vəzifəyə çevrilmişdi. Saray kuropalatı ilə yanaşı, Qafqaz knyazlarından biri, İberiya sülaləsinin başçısı da bu titula malik idi. VI Levin hakimiyyəti dövründən bəri İberiya suverenləri irsi kuropalat olmuşdur. Kuropalatın arvadı kuropalatissa adlanırdı.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.