Kürəvi ulduz topaları
From Wikipedia, the free encyclopedia
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür.[1] Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik[1].