![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0d/Aronian01.jpg/640px-Aronian01.jpg&w=640&q=50)
Levon Aronyan
From Wikipedia, the free encyclopedia
Levon Aronyan (erm. Լևոն Գրիգորի Արոնյան; 6 oktyabr 1982, İrəvan) — şahmat üzrə erməni əsilli ABŞ qrosmeysteri. Aronyan 2003-cü ildə Ermənistanı təmsil edirdi, sonralar təxminən bir il müddətində 2004-cü ilə qədər Almaniyanı, 2004-cü ildən 2021-ci ilin sonlarına kimi yenidən Ermənistanı təmsil edib. Aronyan 2021-ci ilin fevral ayının sonlarında Ermənistan şahmat federasiyasından ABŞ federasiyasına keçmək qərarını açıqladı və idmana dövlət dəstəyinin azalması ilə əlaqələndirdi. 2021-ci ilin dekabrından etibarən ABŞ-ni təmsil edir.[5]
Cəld faktlar Ölkə, Doğum tarixi ...
![]() | |
---|---|
erm. Լևոն Արոնյան | |
![]() | |
Ölkə |
![]() ![]() |
Doğum tarixi | (41 yaş) |
Doğum yeri |
İrəvan ![]() |
Yaşadığı yer | |
Titulu |
|
Son reytinqi |
|
Maksimal reytinqi | 2825 (may 2012) |
FİDE nömrəsi | 13300474 |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
levonaronian.com | |
![]() |
Bağla
1982-ci ildə İrəvanda doğulub. Anası Seda Avaqyan mühəndisdir,[6] ixtisasca fizik olan atası Qirqori Leontieviç Aronov Rusiya yəhudisidir, Belarusun Vitebsk vilayətində doğulub.[7][8]