![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/26/M%25C3%25BCbariz_%25C4%25B0brahimovun_m%25C9%2599zar%25C4%25B1.jpg/640px-M%25C3%25BCbariz_%25C4%25B0brahimovun_m%25C9%2599zar%25C4%25B1.jpg&w=640&q=50)
Mübariz İbrahimov
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov / From Wikipedia, the free encyclopedia
Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu – 19 iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür.
Mübariz İbrahimov | |
---|---|
![]() Mübariz İbrahimovun İkinci Fəxri Xiyabanda yerləşən məzarı. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 fevral 1988(1988-02-07) |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyun 2010(2010-06-19) (22 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2007–2010 |
Rütbəsi |
![]() |
Döyüşlər | |
Təltifləri |
![]() |
![]() |
|
![]() |
Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır.
Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov 4 erməni əsgərini öldürmüşdür.[1] Müxtəlif mənbələrə görə isə bu rəqəm 45-dir.[2] Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində Mübariz İbrahimovun 5 nəfəri öldürüb, 3-nü yaraladığını bildirmişdir.[3]
Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Mübariz İbrahimov Azərbaycan ictimaiyyətində milli qəhrəmana çevrilmişdir. Biləsuvarda onun adına küçə və məktəb var. Mübariz İbrahimovu təsvir edən heykəllər ucaldılmış, onun şərəfinə xatirə lövhələri hazırlanmış, filmlər çəkilmiş, haqqında kitab yazılmış və xarici teleseriallarda bəhs edilmişdir. İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun həlak olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.