Azərbaycan Silahlı Qüvvələri
Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa və terrorçu qoşunları uzaqlaşdırmaq həsr olunmuş hərbi təşkilat / From Wikipedia, the free encyclopedia
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir.[8] Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.[8]
Azərbaycan Silahlı Qüvvələri | |
---|---|
Qurulub | 26 iyun 1918 |
Cari forma | 1991 |
Daxildir |
Azərbaycan Quru Qoşunları Azərbaycan Sülhməramlı Qüvvələri |
Qərargah | Bakı Bakı |
Rəhbərlik | |
Ali Baş Komandan | İlham Əliyev |
Müdafiə naziri | Zakir Həsənov |
Canlı qüvvə | |
Əsgərlik müddəti |
18 ay universitet məzunları üçün 12 ay[1] |
Aktiv kadr | 125,000 (2020)[2] |
Sənaye | |
Yerli təchizatçılar | Müdafiə Sənayesi Nazirliyi |
Xarici təchizatçılar |
Türkiyə[3] İsrail Rusiya[3] ABŞ[4] Pakistan[3] Kanada[5] Ukrayna[3] Belarus[6] Iran[3] Çin[7] |
Əlaqədar məqalələr | |
Tarix |
Azərbaycanın hərb tarixi Azərbaycan-Ermənistan müharibəsi Bakı döyüşü Qarabağ müharibəsi Aprel döyüşləri Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi |
1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib.[8] 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib.[8] Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi.[8] Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib.[8] Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb.[8] İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib.[8] Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.[8]
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib.[8] Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.[8] Azərbaycan prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə ilk olaraq oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.[8] Lakin 22 may 1998-ci ildə prezident Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr günü elan edib.[9]
2021-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 63-cü yerdə qərarlaşıb.[10] 2017-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 8 qırıcı, 11 hücum, 53 nəqliyyat, 19 təlim təyyarəsi və 83 helikopter (onlardan 11-si hücum helikopteridir), Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 9 patrul və sahil gəmiləri, 4 mina tralçısı, 2 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin silahlanmasında isə 320 tank, 890 zirehli texnika, 159 artilleriya qurğusu, 121 reaktiv yaylım atəşi sistemi var.[11] Azərbaycan ordusunun sayı 274 500 nəfərdir, səfərbərlik zamanı isə 95000 nəfər hərbi xidmətə çağırıla bilər.[11]