Məhəmməd bin Zayed Əl-Nəhyan
Birləşmiş Ərəb Əmirliklərinin 3-сü Prezidenti / From Wikipedia, the free encyclopedia
Məhəmməd bin Zayedibn Sultan Əl-Nəhayan (ərəb. محمد بن زايد بن سلطان آل نهيان; 11 mart 1961[1], Əl-Əyn) — Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri (13 və 14 may 2022-ci il tarixlərindən).[2] 2004-cü il dekabrın 8-dən Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının sədri. BƏƏ-nin qurucusu və prezidenti Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın üçüncü həyat yoldaşı Fatimə ibn Mübarək Əl Kətbidən olan üçüncü oğlu.
Məhəmməd bin Zayed Əl-Nəhyan | |
---|---|
ərəb. محمّد بن زايد آل نهيان | |
Birləşmiş Ərəb Əmirliyinin Prezidenti[d] | |
Vəzifədədir | |
14 may 2022-ci ildən | |
Əvvəlki | Xəlifə ibn Zeyd Əl-Nəhayan[d] |
Əbu-Dabi əmiri[d] | |
Vəzifədədir | |
13 may 2022-ci ildən | |
Əvvəlki | Xəlifə ibn Zeyd Əl-Nəhayan[d] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 mart 1961(1961-03-11)[1] (63 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan |
Uşağı | 9 (Xalid ibn Məhəmməd Əl Nəhayan daxil olmaqla) |
Ailəsi | Əl Nəhayan sülaləsi[d] |
Dini | islam, sünni islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | general |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər o, böyük qardaşı, BƏƏ-nin keçmiş prezidenti Xəlifə ibn Zayed Əl Nəhayanın müşaviri olub. O, insult keçirəndə 2014-cü ildən bütün əsas qərarları qəbul edərək, Əbu-Dabi əmirliyinin və bütün Birləşmiş Ərəb Əmirliklərinin faktiki hökmdarı idi.[3] 2019-cu ildə "The New York Times" onu dünyanın ən güclü ərəb hökmdarı və ən nüfuzlu adamlarından biri adlandırıb.[4] "Time" jurnalına görə, o, 2019-cu ilin ən nüfuzlu 100 adamından biridir.[5][6]
Kral İslam Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, Məhəmməd 2023-cü ildə dünyanın səkkizinci ən nüfuzlu müsəlmanı kimi tanınıb.[7]