![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/8/86/Maqsud_%25C6%258Flixanov_Avarski.jpg/640px-Maqsud_%25C6%258Flixanov_Avarski.jpg&w=640&q=50)
Maqsud Əlixanov Avarski
From Wikipedia, the free encyclopedia
Maqsud Əlixanov Avarski (23 noyabr 1846, Xunzax, Dağıstan MSSR – 3 iyul 1907, Gümrü) — Rusiya İmperator Ordusunun general-leytenantı (22 aprel 1907), Marı qəzasının rəisi[1] və Tiflis quberniyasının qubernatoru. II Qafqaz kazak diviziyasının komandanı. Kaytmaz Əlixanovun böyük qardaşı.
Maqsud Əlixanov Avarski | |
---|---|
Maqsud Əlixanov Avarski | |
![]() General-leytenant Maqsud Əlixanov Avarski ahıl yaşında | |
Kutaisi general-qubernatoru | |
Vəzifədədir | |
yanvar 1906 - 1907-ci ildən | |
dekabr 1905 – yanvar 1906 | |
1905 – 1905 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | General Əlixan Hüseynov |
Anası | Tutun xanım Hüseynov |
Həyat yoldaşı | Zərrintac bəyim Naxçıvanski |
Uşaqları | Adil xan və Hafiz xan Əlixanov Avarski |
Dini | islam |
Hərbi xidmət | |
Xidmət illəri | 1864-1907 |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rəhbərlik edib | II Qafqaz Kazak dviziyası |
Döyüşlər |
Türküstan yürüşü Xivə yürüşü Rusiya-Osmanlı müharibəsi Çin yürüşü |
Rütbəsi | general |
|
|
Təltifləri |
Müqəddəs Vladimir opdeni III dərəcə, qılınc və lentlərlə (1872)![]() IV dərəcəli Hərbi Müqəddəs Georgi xaçı nişanı (1877) ![]() ![]() Müqəddəs Vladimir opdeni III dərəcə (1899) ![]() ![]() |
Maqsud Əlixanov Rusiya İmperator Ordusunda 44 il 11 ay xidmət etmişdir. Əsgərdən generala qədər karyera yüksəlişi etmişdir. Əlixanov Rusiya imperiyasının 30 ali mükafatına layiq qörülüb. O, polkovnik rütbəsində olanda 4-cü dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülüb. Adı Kremlin Georgi salonunda qızıl hərflərlə mərmər lövhəyə yazılıb. 1883–1885-ci illərdə o, bu mükafata layiq görülən yeganə qafqazlıdır. Ondan sonra daha heç kəs bu mükafata layiq görülməyib. Sovet hakimiyyəti illərində "mürtəce" general-qubernator adlandırılan Əlixanov hərbçi olmaqla bərabər sox mühüm şəhərlərin başçısı vəzifəsini də icra etmişdir. İrəvan quberniyasının, Tiflis quberniyasının və Kutaisi quberniyasının general-qubernatoru olmuşdur.
Maqsud Əlixanov 1877–78-ci illərdə rus-türk müharibəsində Naxçıvanskilərlə birgə vuruşub. Kəlbəli xan və İsmayıl xan Naxçıvanski ilə dostluq edib.
Əlixanov-Avarski 1907-ci il iyulun 3-də Gümrüdə daşnak terrorçuları tərəfindən edilən sui-qəsd nəticəsində həlak olmuşdur.