Mihara dağı

From Wikipedia, the free encyclopedia

Mihara dağımap

Mihara dağı (三原山, Mihara-yama?)Yaponiyanın İzuoşima adasının mərkəzində yerləşən aktiv vulkan.

Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Mihara dağı
Mihara-yama (三原山?)
Thumb
Ümumi məlumatlar
Mütləq hündürlüyü 764 m
Yerləşməsi
34°43′28″ şm. e. 139°23′41″ ş. u.HGYO
Ölkə
Thumb
Mihara dağı
Mihara dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

1986-ci ildə baş verən püskürmə zamanı lava sütunları 1,6 kilometr yüksəkliyə qədər çatmış, lava çayları və lava gölləri əmələ gəlmişdir.[1] Vulkan sakitləşənə qədər adanın 12.000 nəfərlik əhalisi başqa yerlərə köçürülmüşdür.[1]

İntiharlar

Mihara dağı Yaponiyadakı populyar intihar bölgələrindən biri kimi tanınır.[1] 1920-ci illərdə vulkan konusundakı bir nöqtənin kraterə tullanmaq və intihar etmək üçün əlverişli olduğu üzə çıxmışdır.[1] Tezliklə həmin nöqtə "İntihar nöqtəsi" kimi tanınmağa başlamışdır.[1] 1933-cü ildə 944 nəfər Mihara dağının kraterində intihar etmişdir.[1] Növbəti iki il ərzində 350 nəfər ziyarətçi intihar edən şəxsləri seyr etmək üçün vulkana səyahət etmişdir.[1]

Yaponiya hökuməti intiharların qarşısını almaq üçün İntihar nöqtəsinin ətrafına çəpər tikdirmiş və adaya təktərəfli bilet almağı qadağan etmişdir.[1]

Populyar mədəniyyətdə

1984-cü ildə çəkilmiş "Qodzillanın qayıdışı" filmində Yaponiya hökuməti Qodzillanı Mihara dağında həbs etməyə qərar verir.[1] 1989-cu il istehsalı "Qodzilla Biollanteyə qarşı" filmində Qodzilla Mihara dağındakı qaynar qəfəsindən qurtulmağı bacarır.[1]

Koci Suzuki tərəfindən yazılmış "Halqa" romanının və film adaptasiyasının personajı Şizuko Yamamura intihar etmək üçün Mihara dağının kraterinə tullanır.[1]

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.