Millennium körpüsü (London)

From Wikipedia, the free encyclopedia

Millennium körpüsü (London)map

Millennium körpüsü Londonda Temza çayı üzərindəki piyadalar üçün körpüdür. Bu körpü polad asma körpü olub, Banksayd ilə Şəhəri birləşdirir. Körpü Sauzvak Körpüsü ilə Bləkfrayə Dəmiryolu Körpüsü arasında yerləşir. Körpü 10 iyun 2000-ci ildə açılıb. Bu Temza çayı üzərindəki ən yeni körpüdür.

Cəld faktlar Keçid, Yeri ...
Millennium körpüsü
Millennium Bridge
Thumb
Thumb
51°30′37″ şm. e. 0°05′54″ q. u.HGYO
Keçid Temza çayı
Yeri Sautark[d]
Material Polad
Uzunluğu 325 metr
Eni 4 metr
Memar Norman Foster
Açılışı 10 iyun 200
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Şəhər sakinləri tərəfindən "Tərpənən körpü" adı verilən körpü açılışdan iki gün sonra həyata keçirilən xeyriyyə yürüşündən sonra bəzi piyadaların narahatlığına görə bağlandı. İki gün ərzində körpünün həddən artıq yüklənməsinə görə körpü iki il müddətində əsaslı şəkildə təmir olundu və yırğalanmasının qarşısı alındı. 2002-ci ildə yenidən istifadəyə verildi.

Körpünün cənub tərəfindəki girişində Qlob Teatrı, Banksayd Qalereyası və Tate Modern, şimal tərəfindəki girişdə isə London Şəhər Məktəbi və Müqəddəs Pavel kafedral kilsəsi yerləşir.

Körpüyə ən yaxın metro stansiyası Mansion Hauz stansiyasıdır.

Layihəsi

Körpünün layihələndirmə müddəti 1996-cı ildə Sauzvak konsulu tərəfindən elan edilən tender ilə başladı. Qalib Arup, Foster və Partners qrupu ilə Sir Antoni Karo tərəfindən hazırlanan layihə oldu. Cəmi 325 metr uzunluğunda olan üç körpüdən ibarətdir. İlk hissə 81 metr, ikinci 144, üçüncü isə 106 metr uzunluğundadır. Səkkiz tros ilə körpü 2000 tona qədər ağırlığa dözümlüdür. Körpünün gediş-gəliş zolağı təxminən 4 metr enində olub, eyni vaxtda 5000 nəfərin rahat gedib-gəlməsini təmin edə bilir.

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.