Min bir gecə (balet)
From Wikipedia, the free encyclopedia
Min bir gecə — 1979-cu ildə yazılmış iki hissəli balet. Baletin musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.[2] Baletin premyerası 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutumuşdur.[2]
Min Bir Gecə | |
---|---|
| |
Tipi | klassik |
Bəstəkar | Fikrət Əmirov |
Librettist |
Maqsud İbrahimbəyov Rüstəm İbrahimbəyov |
Xoreoqraf | Nailə Nəzirova |
Janr | balet |
Yaradılıb | Min bir gecə nağılları əsasında |
Premyera | |
Orijinal ifaçılar |
Tamilla Şirəliyeva Rafael Qriqoryan[1] İ. Nizaməddinova |
Rəssam | Toğrul Nərimanbəyov |
Vikianbarda əlaqəli mediafayllar |
Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi vəhdətdədir.[3] Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir.[3] Baletdə əsas diqqətçəkən məqamlardan biri də, tembr dramaturgiyasında qadın səsinin istifadə edilməsidir. Baletin əvvəlində orkestrın incə, cazibədar axıcı intonasoyaları fonunda səslənən qadın xoru kədərli olsa da, işıqlı arzulara və sədaqətə inamı əks etdirir.[3]
“Min bir gecə” dərin fəlsəfi tamaşadır.[4] Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.[4]