From Wikipedia, the free encyclopedia
Мiyakecima (yap. 三宅島, みやけじま) — vulkan məşəlli ada Sakit okeanda yerləşir. İzu adaları qrupuna daxildir. Qrupun üçüncü böyük böyük adasıdır. İnzibati cəhətdən Tokio prefekturasının Miyake dairəsinə daxildir[1].
Мiyakecima adası | |
---|---|
yap. 三宅島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 55,48 km² |
Uzunluğu |
|
Eni | 8 km |
Hündür nöqtəsi | 815 m |
Əhalisi | 2.324 nəfər (2009-cu il) |
Yerləşməsi | |
34°04′55″ şm. e. 139°31′34″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın mərkəzində Oyama vulkanı yerləşir[2]. 2000-ci ildə hündürlüyü 775 m təşkil edirdi. 1085—1983 illərdə vulkanın 15 dəfə püskürməsi müşahidə edilmişdir. Lava axınları zamanı axın kraterdən deyil onun ətək hissələrində olan mənbələrdən baş verir. Axıntılar əsasən bir başa okeana tökülür. 1962[3]-ci ildə baş vermiş püskürmə zamanə adada yaşayan uşaqlar oradan köçürülmüşdür. 1983-ci il püskürməsi isə Ako qəsəbəsindən 70% ərazisi lavanın altında qalmışdır. 2000-ci il püskürməsi zamanı kraterdən zəhərli vulkanik qaz çıxdığından ada əhalisi tamamən köçürülmüşdür. Qadağalar aradan qaldırıldıqdan sonra belə zəhərli qazın sızması müşahidə edilir. Vulkan Coğrafiya İnstitutu və Elmi-Araşdırma mərkəzləri tərəfindən tam nəzarət altındadır.
Adada 12 sintoistlərə məxsus məbəd vardır. Ada öz adını buradan götürmüşdür. Digər əfsanəyə görə VIII əsrdə adaya Tacihi-no Mahito Miyakemaro adlı bir aristokrat gəlmiş və adanı onun adı ilə adlandırmışlar. XIX əsrin ortaları ada siyasi dustaqların saxlama yeri rolunu oynamımdır.
Ada zəngin flora və faunaya malikdir. Burada 230 növ vəhşi quş yaşayır. Əsas gəlir mənbəyi balıqçılıqdır. Ada Fuci-Hakone-İcu milli parkı ərazisinə yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.