Miyamoto Musaşi
Yapon samurayları / From Wikipedia, the free encyclopedia
Miyamoto Musaşi (yap. 宮本 武蔵; 1584[1] – 5 iyun 1645) — gənclik dönəmlərində Miyamoto Bennosuke və ya Miyamoto Musana adları ilə tanınan məşhur yapon qılınc ustası. Tarixdə ən məşhur qılınc ustalarından hesab olunur. Gənc yaşlarından etibarən iştirak etməyə başladığı qılınc duelləri nəticəsində bir çox məşhur rəqibini məğlub etmişdir. Hiyoho Niten İçi-riyu döyüş stilinin atası sayılır. Miyamoto Musaşi fəlsəfi və taktiki fikirlərinin yazıldığı və günü bu gündə geniş şəkildə istifadə olunan Beş çevrə kitabının müəllifidir.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Miyamoto Musaşi | |
---|---|
yap. 宮本 武蔵 | |
Doğum tarixi | |
Doğum yeri | Harima, Yaponiya |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Hiro, Yaponiya |
Milliyyəti | yapon |
Fəaliyyəti | döyüşçü |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla