Molla Nəsrəddin (jurnal)
Azərbaycan satira jurnalı / From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Nəsrəddin.
"Molla Nəsrəddin" jurnalı (az-əbcəd. ملا نصرالدین) — Azərbaycan türkcəsində satirik-yumoristik jurnal.[1][2][3]
Cəld faktlar Molla Nəsrəddin, Baş redaktor ...
Molla Nəsrəddin | |
---|---|
az-əbcəd. ملا نصرالدین | |
| |
Baş redaktor | Cəlil Məmmədquluzadə (1906–1931) |
Məsul redaktor |
|
Əməkdaşlar |
Cəlil Məmmədquluzadə Ömər Faiq Nemanzadə Mirzə Ələkbər Sabir Əbdürrəhim bəy Haqverdiyev Əli Nəzmi Əliqulu Qəmküsar və b. |
Növ | həftəlik satirik-yumoristik jurnal |
Təsisçi |
Cəlil Məmmədquluzadə Ömər Faiq Nemanzadə Məşədi Ələsgər Bağırzadə |
Təsis tarixi | 7 (20) aprel 1906 |
Nəşrini dayandırıb | 1931 |
Qərargah |
1906-1917-ci illərdə Tiflisdə 1921-ci ildə Təbrizdə 1922-1931-ci illərdə Bakıda |
Dil | Azərbaycan dili |
Qiymət | 12 qəpik |
mnjurnal.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Azərbaycanda ilk şəkilli jurnal "Molla Nəsrəddin" olmuşdur. "Molla Nəsrəddin"in birinci sayı 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb. 1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.[2][3]