İtaliya futbolçusu From Wikipedia, the free encyclopedia
Moyse Bioti Kin (28 fevral 2000-ci ildə anadan olub) — Yuventus FK klubunda hücumçu kimi çıxış edən peşəkar İtaliya futbolçusudur. 2016-cı ilin noyabr ayında Moyse Kin İtaliya A Seriyasında və UEFA Çempionlar Liqasında oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşüb. Moyse Kin 2000-ci illərdə anadan olanlar arasında UEFA Çempionlar Liqasında oyuna çıxan yeganə futbolçudur.
Moyse Kin | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
it. Moise Kean | ||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Moyse Bioti Kin | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Verçelli, İtaliya | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Boyu | 182 sm | |||||||||||||||||||||||||||||||||
Çəkisi | 72 kq[1] | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | Verona | |||||||||||||||||||||||||||||||||
Nömrəsi | 9 | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Moyse Kin İtaliyanın Verçelli şəhərində anadan olmuşdur. Valideynləri Kot-d’İvuarlı olan Kin Asti FK klubunun gənclər komandasında çıxış etməyə başlamışdır. Onun oyunu Renato Biasinin diqqətini cəlb etmişdir. Biasi Kini Torino klubuna gətirmişdir.[2] Qranata kimi təkmilləşən Moyse Kin 2010-cu ildə Yuventus klubu ilə müqavilə imzalamışdır (14 yaşı olduğu üçün müqavilə imzalanmayıb və illik olaraq yenisi ilə əvəz olunur).[3][4]
Kin öz peşəkar futbol karyerasında debütünü 19 noyabr 2016-cı ildə Yuventus klubu ilə 16 yaşında İtaliya A Seriyasında Peskara klubuna qarşı oyunda etmişdir. Moyse Kin 84-cü dəqiqədə Mario Mandzukiçi əvəz etmişdir və komandası 3-0 hesabı ilə qələbə qazanmışdır. Beləliklə Kin 2000-ci illərdə anadan olaraq Avropanın dörd əsas liqasında oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşdü.[5][6] 22 noyabrda isə Kin UEFA Çempionlar Liqasında Sevilya klubu ilə oyunda 84-cü dəqiqədə oyuna daxil oldu və komandası 3-1 hesabı ilə qələbə qazandı. Kin həmçinin UEFA Çempionlar Liqasında oyuna çıxan ən gənc futbolçudur.[7]
Moyse Kin İtaliyada anadan olmuşdur. Kinin atası Kot-d’İvuarlı, anası isə italyandır. Kin həm İtaliya milli yığmasında, həm də Kot-d’İvuar milli yığmasında çıxış edə bilər.[8][9]
2015-ci ildən Kin İtaliya milli yığmasının U-15 və U-17 millilərində çıxış edir.[10] Kin İtaliya U-17 millisi ilə 2016 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və 1 qolla yadda qalmışdır.
22 noyabr 2016-cı il məlumatlarına əsasən.[11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.