Muthuvel Karunanidhi Stalin (1 mart 1953[1][2], Çennai) — Hindistan siyasətçisi, 2021-ci ildən Tamilnadın 8-ci və hazırkı Baş naziri. O, keçmiş baş nazir Muthuvel Karunanidhinin oğludur. Stalin 28 avqust 2018-ci ildən Dravid Proqressiv Federasiyası (DPF) partiyasının prezidentidir. O, 1996–2002-ci illərdə Çennai ştatının 45-ci meri və 2009–2011-ci illərdə Tamilnad ştatının baş nazirinin 1-ci müavini vəzifələrində çalışmışdır. Stalin "The Indian Express" tərəfindən 2022-ci ildə Hindistanın ən güclü şəxsiyyətlərinin siyahısında 24-cü yerdə qərarlaşdırılmışdır.[3]

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Muthuvel Karunanidhi Stalin
tam. மு.க. ஸ்டாலின்
Thumb
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1953(1953-03-01)[1][2] (71 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, aktyor, film prodüseri
Dini ateizm

Thumb
mkstalin.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Erkən həyatı

Muthuvel Karunanidhi Stalin 1 mart 1953-cü ildə Çennaida anadan olmuşdur. O, Tamilnadın 2-ci Baş naziri və Dravid Proqressiv Federasiyası (DPF) partiyasının rəhbəri Muthuvel Karunanidhinin üçüncü oğludur. Anası Dayalu Ammaldır. Karunanidhi övladının doğulmasından cəmi dörd gün sonra vəfat edən sovet lideri İosif Stalinə başsağlığı yığıncağında çıxış etmişdir və buna görə də oğluna Stalinin adının verilməsinə qərar vermişdir.[4][5]

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.