From Wikipedia, the free encyclopedia
"Müharibənin siması" (isp. La Cara de la Guerra) — ispan rəssamı Salvador Dalinin 1940-cı ildə çəkilmiş rəsm əsəri. Rotterdam şəhərində yerləşən Boymans Van Böningen muzeyində saxlanılır.
Müharibənin siması | ||
---|---|---|
isp. La Cara de la Guerra | ||
| ||
Rəssam | Salvador Dali | |
Tarixi | 1940 | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 64 sm[1] × 79 sm[1] | |
Materialı | yağlı boya[d][2] | |
Saxlanıldığı yer | Boymans Van Böningen muzeyi | |
İnventar nömrəsi | 2766 (MK) |
Rəsm əsəri rəssamın səkkiz il yaşadığı və ümumdünya şöhrətinin zirvəsinə çatdığı ABŞ-də çəkilmişdir.[3] Əsərin süjeti qeyri-adi dərəcədə vahid istiqamətə malikdir. Dali burada "böhranlı paranoid üslubu"ndan daha çox simvolizmin vasitələrini qabardır.[3] Kətan üzərində fısıldayan ilanlarla əhatə olunmuş, kəllə sümüyünə bənzər baş təsvir edilmişdir. Göz və ağız boşluğu da daxil olmaqla, başın hər üç dəliyində kəllə yerləşdirilmiş və onların da içi kəllələrlə işlənmişdir. Buna görə də baş "saysız-hesabsız ölümlə doldurulmuşdur".[3]
Əsərin aşağı sağ tərəfində Salvador Dalinin əl izini görmək mümkündür.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.