Məhəmməd Məhərrəmov
Azərbaycan siyasi və dövlət xadimi / From Wikipedia, the free encyclopedia
Məhəmməd Hacı Bayram oğlu Məhərrəmov (1895, Qəmərli, Eçmiədzin qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1982, Paris, İl de Frans, Fransa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından seçilmiş nümayəndəsi. Parisə yollanan nümayəndə heyətinin müşaviri və Sosialistlər fraksiyası üzvü və katibi olub.
Cəld faktlar Fraksiya, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü ...
Məhəmməd Məhərrəmov | |
---|---|
7 dekabr 1918 – 8 may 1919 | |
Fraksiya | Sosialistlər fraksiyasının katibi |
27 may 1918 – 7 dekabr 1918 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1982 |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Aprel işğalından sonra Parisdə qalıb, Prometey hərəkatında iştirak edib, Azərbaycan Milli Mərkəzinin üzvü və bu qurumun xəzinədarı olub.