NBA seçmələri
From Wikipedia, the free encyclopedia
NBA seçmələri (ing. NBA draft) NBA-də yer alan komandaların müəyyən qaydalar daxilində oyunçu seçməsi sistemidir. NBA seçmələrində iştirak etmək üçün müəyyən şərtlər vardır. Müsabiqədə iştirak edəcək oyunçu seçimlərin edildiyi gün ən az 19 yaşında olmalıdır. Ümumi olaraq NCAA (Amerika Kollec İdmanları Assosiyasiyası) liqasında oynamış kollec oyunçularına önəm verilir. Kollec komandasında 4 mövsüm oynamış və məzun olmuş oyunçular avtomatik olaraq seçmələrdə seçilə bilər, lakin bu bir zərurət deyil. İstəyən hər oyunçu 4 il gözləməyib 19 yaşına çatdıqda istədiyi mövsümdən sonra seçmələrə girəcəyini açıqlaya bilər. Son illərdə ABŞ xaricindəki liqalardan da seçimlərə qatılan oyunçular olur. Xarici oyunçular 22 yaşına çatdığı il seçmələrdə avtomatik olaraq seçilə bilər. İstəyən oyunçular isə daha əvvəldən seçmələrə girə bilir.[1] Seçmə sisteminin NBA-nın bugünkü vəziyyətinə gəlməsində və komandalar arasındakı tarazlığın təmin edilməsində əhəmiyyətli rolu vardır.
Əvvəllər orta məktəbi bitirən oyunçular 18 yaşına gəldiklərində seçmələrda iştirak edə bilirdilər. 2006-cı ildən etibarən isə yaş həddi bir yaş artırıldı və orta məktəbi yeni bitirən oyunçular bir il daha gözləmə məcburiyyətində oldular.[2]
İstedadlı və gələcək vəd edən oyunçular bütün mövsüm boyunca oyunçu kəşfiyyatçıları tərəfindən təqib edilir. Eyni zamanda gənc oyunçular yay liqalarında da iştirak edirlər. Seçmələr iyun ayında, mövsüm bitdikdən dərhal sonra təşkil olunur. Seçki günü gəlindiyində komandaların seçəcəyi oyunçuların böyük bir qismi demək olarki bəlli olur.
Seçmələrdə ilk sıralarda daha çox böyük ulduz namizədləri seçilsə də böyük ulduz oyunçu olacaqları dəqiq olmur. Məsələn 1998-ci ildə hər kəsin seçimi olan və ilk sırada Los-Anceles Klippers tərəfindən böyük ümidlə seçilən Maykl Olovokandi ona bəslənən ümidləri doğrultmayıb və oyunçu mübadiləsində istifadə edilib. 1984-cü ildə 3-cü sıradan Çikaqo Bullz tərəfindən seçilən Şimali Karolina məzunu Maykl Cordan liqanın ən önəmli oyunçusu olmuş komandasına 6 çempionluq qazandırmışdır.