Naoko Takeuçi
yapon manqaka / From Wikipedia, the free encyclopedia
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Naoko.
Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko?, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu) — yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Naoko Takeuçi | |
---|---|
yap. 武内 直子 | |
Doğum tarixi | 15 mart 1967(1967-03-15)[1][2][…] (57 yaş) |
Doğum yeri | |
Cinsi | qadın[d][4] |
Milliyyəti | yapon |
Həyat yoldaş(lar)ı | |
Uşaqları | 2 |
Komiks fəaliyyəti | |
Sahəsi | illüstrasiyaçı[d], manqaka, söz yazıçısı[d], komiks rəssamı, təbib |
Əsas işləri | |
Mükafatları | Kodanşa Manqa Mükafatı (1993) |
Sayt | sailormoon.channel.or.jp |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdnir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür.