From Wikipedia, the free encyclopedia
Neftyanik stadionu (başq. «Нефтсе» стадионы) və ya BetBoom Arena[2] — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki əsas idman qurğusu. Şəhərin Komarova yerləşir. Stadionun tutumu 15132 nəfərlikdir. Ufa şəhərinin eyniadlı "Ufa" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir.
Neftyanik stadionu | |
---|---|
| |
Yeri | Ufa, Başqırdıstan, Rusiya |
Təməli qoyulub | 1967 |
Açılış tarixi | 1967 |
Yenidən qurulma tarixi | 2012−2015 |
Tamaşaçı tutumu | 15132[1] |
Ev sahibi komanda | "Ufa" |
Meydançanın ölçüləri | 105x68 |
Ot örtüyü | ot |
Vikianbarda əlaqəli mediafayllar |
Stadionun əsası 1967-ci ildə qoyulmuşdur.
2012−2015-ci illərdə stadion əsaslı təmir edilmişdir. Yenidənqurmadan sonra buradakı ilk matç 2015-ci il avqustun 9-da keçirilmiş Rusiya Futbol Çempionatının oyunu idi. Həmin oyunda meydan sahibi "Ufa" qonaq komanda olan Sankt-Peterburq şəhərinin "Zenit" futbol klubuna 0:1 hesabı ilə məğlub olmuşdur[3].
Stadionun tribunalarının yarısı üstüaçıq, digər yarısı isə üstübağlı formadadır. Stadionun futbol meydançasının ölçüləri 105x68 m-dir. Stadionda atletizm üçün 400 m-lik yer, rəqəmsal elektron tablo, inzibati bina vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.