From Wikipedia, the free encyclopedia
Nepal zəlzələsi — 25 aprel 2015-ci ildə Nepal standart vaxtı ilə 11:56-da (Ümumdünya vaxtı ilə 6:11:26) baş verən zəlzələ. 7.8 bal gücündədir. Episentr Nepal, Lamcunqun təqribən 34 kilometr şərqi cənub-şərqidir və hiposentr təqribən 15 kilometr dərinlikdədir.[1][2] 1934-cü il Nepal-Bihar zəlzələsindən sonra bu Nepalda baş verən ən güclü zəlzələdir. Zəlzələnin nəticəsi kimi 7300-dən çox insanın [3] ölməsi məlumdur. Everest dağında ölənlərin sayı 2014 Everest uçqununda ölənlərin sayını keçir. Katmandu dərəsində, bəziləri Katmandu Durbar Meydanında olmaqla, UNESCO Ümumdünya irsi yerlərində əsrlərcə yaşı olan tikililər dağılıb.
2015 Nepal zəlzələsi | |
---|---|
Tarix |
|
Maqnituda | 7.8 Mw,[1] 8.1 Mw[2] |
Hiposentrin dərinliyi | 15 km[1] |
Episentrin yeri | 28°09′54″ şm. e. 84°43′30″ ş. u.HGYO[1] |
Əhatəsi |
Nepal Şimali Hindistan Çin Banqladeş Butan |
Ölənlər |
|
Xəsarət alanlar | |
Afterşoklar |
6.6 bal - 25 aprel 12:30[5] 6.7 bal - 26 aprel 12:54 [6] |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zəlzələ 25 aprel 2015-ci ildə, Nepal standart vaxtı ilə 11:56-da təqribən 15 kilometr dərinliyində baş verib. Episentr Nepal, Lamcunqun təqribən 29 kilometr şərqi cənub-şərqidir. Təqribən iyirmi saniyə davam edib.[7] Zəlzələ United States Geological Survey tərəfindən 7.5 bal gücündə qiymətləndirilib. Daha sonra 7.9 bala yüksəldilib və axırda 7.8 bala düşüb. Çin Zəlzələ Şəbəkələri Mərkəzi zəlzələni 8.1 balında qeyd edir. Hindistan Metereologiya Departamenti deyib ki, iki güclü titrəmə Nepalda Ümümdünya vaxtı ilə müvafiq olaraq 06:11 və 06:45-də qeydə alınıb. Birinci titrəmə Rixter şkalası ilə 7.9 bal gücündə ölçülüb və episentri paytaxt Katmandudan 80 kilometr şimal-qərbində olub. İkinci titrəmə Rixter şkalası ilə 6.6 bal olub. Seysmik fokus Yer səthindən 10 kilometr aşağıda yerləşir. Bharatpur zəlzələyə ən yaxın böyük şəhərdir, episentrdən 53 kilometr məsafədədir. Bu ikinci titrəmə Katmandudan 81 kilometr şimal-qərbdə baş verib.
4.5 balında və ya daha böyük olan iyirmidən çox afterşok baş verib. Onlardan ən böyüyü 26 apreldə baş verib, 6.76 bal gücündədir.[8][9]
USGS vebsaytında "Sən onu hiss etdin?" cavablarına görə Katmanduda intensivlik IX (Şiddətli) olub.[1] Titrəmələr Hindistanın Bihar, Uttar Pradeş, Assam, Qərbi Benqal, Sikkim, Uttarakxand, Orissa, Andhra Pradeş ştatlarında[10] və Yeni Dehlidə hiss edilib. Orissada evlərin divarlarında kiçik çatlaqlar qeydə alınıb. Kiçik zəlzələlər Koççi kimi uzaq yerlərdə qeydə alınıb. Patnada intensivlik V (Mülayim) idi.[11] USGS vebsaytında"Sən onu hiss etdin?" cavablarına görə Dəkkədə intensivlik IV (Yüngül) idi.[1] Zəlzələ həmçinin Tibet[12], Pakistan[13] və Butanda hiss edilib.[1]
Ölkələr | Ölənlər | İstinadlar |
---|---|---|
Hindistan | 40 | [19] |
Fransa | 10 | [20] |
ÇXR | 4 | [21] |
İtaliya | 4 | [22] |
ABŞ | 4 | [23] |
Kanada | 2 | [24] |
Almaniya | 2 | [25][26] |
Avstraliya Hindistan |
1 | [27][28] |
Estoniya | 1 | [29] |
Honkonq Böyük Britaniya |
1 | [30][31] |
İsrail | 1 | [32] |
Yaponiya | 1 | [33] |
Yeni Zelandiya | 1 | [34] |
İspaniya | 1 | [35] |
Cəmi | 73 |
Yalnızca Nepalda 7000-dən çox adam ölüb və 14000-dan çox adam yaralanıb.[14][15]
Zəlzədə Everest dağında qar uçqununa səbəb olub, ən azı 19 nəfər ölüb.[36]
UNESCO Ümumdünya irsi olan Katmandu Dubar meydanının, həmçinin 1832-ci ildə tikilən Dxaraxara qülləsinin və Qorkhadakı Manakamana məbədinin dağıldığı xəbər verilir. Canaki Mandirin şimal hissəsi və Patan Durban meydanının da dağıldığı məlumat verilir. Bütün beynəlxalq hava nəqliyyatı təxirə salınıb. Ancaq Tribxuvan Beynəlxalq Aeroportunda heç bir ölüm halı qeydə alınmayıb.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.