From Wikipedia, the free encyclopedia
Ninami Dohaçi (仁阿弥道八?, 1783[1][2][…], Kioto[d] – 9 iyul 1855) – yapon keramika sənətçisi. Takahaşi Mitsutoki və ya Takahaşi Dohaçi adları ilə də tanınmışdır.[3] İmitasiya işlərinə görə məşhurlaşmışdır.
Ninami Dohaçi | |
---|---|
Doğum tarixi | 1783[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 9 iyul 1855 |
Fəaliyyəti | keramikaçı |
Vikianbarda əlaqəli mediafayllar |
Ninami Dohaçi 1783-cü ildə doğulmuşdur.[3] Onun atası da dulusçu idi.[3] O, Okuda Eysenin şagirdi olmuşdur.[3] Aoki Mokubey və Eyraku Hozenlə birlikdə Edo dövrünün sonunda Kioto keramikasının üç usta dulusçusundan biri hesab olunur.[3]
Dohaçi Kioto şəhərinin bir neçə yerində (Nişi Honqan məbədi və Saqa rayonu), eləcə də, Takamatsu və Şikokuda keramika ocaqları qurmuşdur.[3] Çin elementlərinə əhəmiyyət verən Mokubeydən fərqli olaraq o, yapon rəngləməsinə əhəmiyyət vermiş, çay mərasimində istifadə olunan qablarda ixtisaslaşmışdır.[3] Dohaçi fiqur formasında olan buxur qutuları hazırlamışdır.[3] O, Nonomura Ninsey və Oqata Kenzan kimi sənətçilərin işlərini, eləcə də, Koreya üslublarını və raku dulusçuluğunu dəqiq və canlı imitasiya etməsinə görə tanınmışdır.[3]
Əsas əsərlərinə sakura və ağcaqayın dizaynlarına malik şirli qablardır.[3] Ən məşhur işlərini Kiotonun cənub-şərqində yerləşən Fuşimiyə köçdükdən sonra hazırlamışdır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.