From Wikipedia, the free encyclopedia
Patmoslu Yəhya və ya Patmoslu İohann — ənənəvi olaraq Vəhy Kitabının müəllifinə verilən ad. Vəhy Kitabının mətnində qeyd edilmişdir ki, Yəhya indiki Yunanıstanın Patmos adasındadır. Əksər Bibliya tarixçilərinin fikrinə görə, o, Roma imperatoru Domisianın dövründə antixristian təqiblər nəticəsində həmin adaya sürgün edilmişdir.[2][3]
Patmoslu Yəhya | |
---|---|
Doğum tarixi | I əsr |
Doğum yeri | |
Vəfat tarixi | I minillik |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Xristian ənənəsində Vəhy Kitabının müəllifini Yəhyanın İncilinin müəllifi olduğu iddia edilən Yevangelist Yəhya (özünü Həvari Yəhya kimi tanıtmışdır) hesab edilir. Yevsevi kimi yüksək səviyyəli din xadimləri və alimlərin azlığı ən azı daha bir Yəhyanı, yəni Presviter Yəhyanı İsanın yoldaşı kimi tanıyır. Orta əsrlərdən bəri bəzi xristian alimləri şagirdi Vəhy kitabının müəllifindən fərqləndirirlər.[4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.