Patrik Şik (çex. Patrik Schick; 24 yanvar 1996[1][2][…], Praqa[1]) — Çexiyalı peşəkar futbolçu. Almaniyanın "Bayer 04" klubunun və Çexiya milli futbol komandasının hücumçusu .

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Patrik Şik
çex. Patrik Schick
Thumb
Ümumi məlumatlar
Doğum tarixi 24 yanvar 1996(1996-01-24)[1][2][…] (28 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 187 sm[3]
Çəkisi 73 kq[3]
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Klub karyerası

Patrik Praqanın "Sparta" klubunun yetirməsidir. Çexiyanın futbol üzrə yüksək divizionunda debütü 3 may 2014-cü ildə "Teplice" ilə oyunda olub.[4] Debüt mövsümündə ümumilikdə iki görüşdə meydana çıxır. Növbəti mövsümdə də hücumçu ölkə çempionatının yalnız iki oyununda iştirak edir.

2015/16 mövsümündə Patrik "Bohemians" klubuna icarəyə verilir. "Bohemians"ın sıralarında özunu göstərən futbolçu, 27 görüşdə meydana çıxaraq yeddi qol vurur və milli komandaya dəvət alır.

Tezliklə gənc futbolçu Avropa nəhənglərinin diqqətini cəlb edir. İtaliyanın "Sampdoriya" klubu futbolçunu transfer edir. "Sampdoriya"nın heyətində İtaliya çempionatında 32 oyunda meydana çıxır və 11 qol vurur.

Futbolçu digər bir İtaliya klubu "Yuventus"un maraq dairəsinə düşur və "Yuventus" futbolçunun transferini 30 milyon avroya razılaşır. 22 iyun 2017-ci ildə Şik "Yuventus" klubuna keçməzdən əvvəl tibbi müayinədən keçmək üçün Turinə gedir, lakin tibbi müayinə zamanı Patrikdə ürək ritminin pozulduğu aşkarlanır.[5] Daha sonra, futbolçu Romada ürək problemi olduğunu təsdiqləyən təkrar testlərdən keçir. Buna gorə "Yuventus" rəsmi olaraq futbolçunun transferindən imtina edir.[6]

29 avqust 2017-ci ildə futbolçu, məcburi satın alma opsiyası ilə "Roma" klubuna icarəyə verilir.[7] "Roma" klubu futbolçu ilə 30 iyun 2022-ci ilə qədər müqavilə imzalayır.[8]

Milli komanda karyerası

Patrik Çex Respublikasının yeniyetmələr və gənclər komandalarında oynayıb. Avro 2016 üçün millinin iştirak ərizəsinə daxil edilir[9].

27 may 2016-cı ildə Malta millisinə qarşı yoldaşlıq oyununda əvəzetmədən meydana çıxaraq ölkənin əsas milli komandasında debüt edir. Çex Respublikasının 6: 0 hesabı ilə qələbəsi ilə başa çatan oyunda, Patrik qollardan birinin müəllifi olur[10].

14 iyun 2021-ci ildə Qlazqoda keçirilən Avropa çempionatında Şotlandiya ilə oyunda iki qol vurur və komandasına qələbə qazandır. İkinci qolu 46 metrdən vuraraq, Avropa çempionatının ən gözəl qollarından birinin müəllifi olur.

Uğurları

Sparta Praqa

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.