PayPal Mafiyası
From Wikipedia, the free encyclopedia
PayPal Mafiyası (ing. PayPal Mafia) — müxtəlif texnologiya şirkətlərin təsisçiləri olan keçmiş PayPal işçi və qurucularına verilən ləqəb.[1] Üzvlərin qurduğu şirkətlərə Tesla Motors, Linkedin, Palantir Technologies, SpaceX, Affirm, Slide, Kiva, YouTube, Yelp və Yammer misal göstərilə bilər.[2] Qrupun üzvlərinin çoxu Stenford Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində təhsil alıblar.