Pişiklər (Seylor Mun)
From Wikipedia, the free encyclopedia
Seylor Mun pişikləri (美少女戦士セーラームーンの猫, Bishōjo senshi sērāmūn no neko?) — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında yer alan pişik personajlar. Seriyada 3 pişik personaj vardır: Luna, Artemis və Diana
Bu üç pişik personajının öz sahibləri var. Hər pişik danışmaq qabiliyyətinə malikdir və alınlarında aypara işarəsi var. Yetkin pişiklər — Luna və Artemis əsas süjet xətti başlamazdan qabaq Gümüş Minillikdə Kraliça Serenitiyə xidmət vermişlər. Üçüncü pişik Diana isə onların XXX əsrdəki uşağıdır, daha gəncdir və Yerdə doğulmuşdur. Ayla əlaqədər münasibətlərinə görə üçü də adlarını Roma və yunan mifologiyasındakı ilah və ilahələrdən almışdır. Pişiklər Seylor döyüşçülərinə müşavir və dost kimi xidmət verirlər. Həmçinin komandanı yeni əşyalarla, güclərlə və məlumatlarla təmin edirlər. Onların əlavə fiziki formaları da var.
Animedə pişiklərdən ancaq Luna insana çevrilmişdi. Manqanın 41-ci seriyasından Seylor Munun gücünə görə üçü də insan olmuşdurlar. Lunanın şəkli əvvəl qazandığı şəkillə eynidir. Onların üçünün də bu çevrilmələri manqanın 46-cı aktına qədər izah olunmamışdır. 46-cı aktda onlar Seylor Tin Nyanko tərəfindən hücuma məruz qalmışdırlar. Seylor Tin Nyanko Mau planetindən (bu planet adını Misir mausu pişik növündən almışdır) gəlmiş saxta Seylor döyüşçüsüdür. Artemis onu sülh yolu ilə dayandırmaq istəyəndə Seylor Tin Nyanko ona başa salmışdır ki, onlar Mau planetindən atıldıqdan sonra Mau planeti Seylor Qalaksiya tərəfindən məhv edilmişdir. Seylor Tin Nyanko üçünə də hücum etmiş, qolbağının köməyi ilə alınlarındakı aypara işarəsi silmişdir, buna görə də onlar adi, danışa bilməyən pişiklər olmuşdurlar. Daha sonra Şahzadə Kakyu Usaqiyə demişdir ki, üçünün də içində Seylor kristalı vardır. Manqanın 48-ci aktında onların üçü Lete çayında Seylor Let tərəfindən öldürülmüşdür, lakin seriyanın sonunda digərləri kimi reinkarnasiya olmuşdurlar.
Bu üç pişik arasında ən əhəmiyyətli rolu Luna daşısa da, Artemis ondan qabaq peyda olmuşdur ("Codename: Sailor V" manqasında) və Seylor Veneranın ayılmasında köməklik göstərmişdir.
"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Luna və Artemis real pişik kimi yox, oyuncaq kimi göstərilir.
Qriqsbinin fikrincə seriyadakı pişik personajlar qadın sirləri və maneki-neko kimi müasir inancları əks etdirirlər.[1]