![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/The_True_Picture_of_One_Pict.jpg/640px-The_True_Picture_of_One_Pict.jpg&w=640&q=50)
Piktlər
From Wikipedia, the free encyclopedia
Piktlər — son dəmir dövründə və erkən orta əsrlərdə Piktaviya (lat. Pictavia), Piktland və ya Piktlend adlanan ərazidə, indiki Şotlandiyanın şərqində və şimalında yaşamış xalqlar konfederasiyasına verilən ümumi ad. Onların yaşadığı ərazi və mədəniyyətləri britt dillərində verilmiş toponim elementlərinin yayılması və pikt daşlarına əsaslanır. Piktlər barədə məlumatlar qədim dövrlərdən X əsrə qədərki dövrdə hazırlanmış yazılı mənbələrdə verilir. Onlar Kennet mak Alpinin Piktaviyanı ihlaq etməsindən sonra X əsrdə gellərin assimilyasiyasına məruz qalıblar. Onlar Böyük Britaniyadakı Fort və Klayd çaylarının şimalında yaşayırdılar. Piktlər cənubdakı britlərin danışdığı keltik qədim brit dilinə yaxın olan pikt dilində danışırdılar.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/The_True_Picture_of_One_Pict.jpg/320px-The_True_Picture_of_One_Pict.jpg)
Piktlərin romalıların Ptolomeyin hazırladığı dünya xəritəsində haqlarında danışdıqları kaledonlar və digər tayfalardan törədikləri ehtimal olunur. Piktaviya tədricən gel dövləti olan Dal Riada krallığı ilə birləşmiş və Alba krallığını (Şotlandiya) qurmuşdur. Daha sonrakı dövrlərdə Alba krallığı britlərin Stratklayd krallığını və Nortumbriya krallığının Lotian vilayətini ihlaq etmişdir. XI əsrdə pikt identiklikliyi şotlandların uzunmüddətli assimilyasiya prosesi nəticəsində məhv olmuşdur.