Praqa İqtisad Universiteti
Praqa yerləşən dövlət universiteti / From Wikipedia, the free encyclopedia
Praqa İqtisad Universiteti (çex. Vysoká škola ekonomická v Praze) ― Çexiyanın Praqa şəhərində yerləşən, üçqat akkreditasiyalı dövlət universiteti.
Praqa İqtisad Universiteti | |
---|---|
Vysoká škola ekonomická v Praze | |
50°05′03″ şm. e. 14°26′28″ ş. u. | |
Əvvəlki adları |
Praqa Ticarət Kolleci (1919) Praqa Siyasət və İqtisad elmləri Universiteti (1949) |
Əsası qoyulub | 1919 |
Yenidən təşkil olunub | 1953 |
Tip | Dövlət universiteti |
Rektor | Hana Maçkova |
Tələbə sayı | 13.000 |
Bakalavr sayı | 7000 |
Magistrant sayı | 5300 |
Aspirant sayı | 410 |
Müəllim sayı | 560 |
Ölkə | |
Sayt | vse.cz/english |
Vikianbarda əlaqəli mediafayllar |
İqtisadiyyat təmayüllü universitetin əsası 1919-cu ildə Çex Texniki Universitetinin nəzdnində bank sektorunun və sənaye müəsssisələrinin idarəetməsinə dair dərslərin tədris olunduğu Praqa Ticarət Kollecinin qurulması ilə qoyulmuşdur.[2] 1949-cu ildə Praqa Siyasət və İqtisad elmləri Universiteti olaraq yenidən formalaşdırılan ali təhsil müəssisəsi, 1953-cü ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərir. Hazırda 6 fakültədə bakalar, magistr və doktorantura dərəcələrində təhsil alan 19 min tələbəsi vardır.[3] Ümumilikdə 3 kampusa malik universitetin əsas kampusu Praqanın Jijkov bölgəsində yerləşir.[4]
Praqa İqtisad Biznes Universiteti qabaqcıl idarəetmə məktəblərinin təmərküzləşdiyi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Çexiyadan üzv olan yeganə ali təhsil müəssisəsidir.[5] Eduniversal nəşrinin 2020-ci ildə dərc edilmiş akademik qiymətləndirmə hesabatında Praqa İqtisad Universiteti iqtisad elmlərində Şərqi Avropa regionu üzrə birinci olmuşdur.[6] Universitetin Biznes idarəetməsi fakültəsi Çexiyanın ən nüfuzlu ali biznes məktəbi hesab olunur.[7] Financial Times qəzetinin sıralamasına görə, Praqa İqtisad Universiteti idarəetmə ixtisası üzrə verdiyi təhsilin keyfiyyətinə görə dünyada ilk 25 ali təhsil müəssisə arasındadır.[8]
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Praqa İqtisad Universiteti məhz siyasi sahədə 2 prezident, 5 baş nazirlə yanaşı, yüzlərlə nazir, millət vəkili, bürokrat və diplomat yetişdirmişdir. Ali təhsil müəssisəsinin məzunları sırasında çex milyarder Pitr Kelner, 4 qat dünya çempionu Yan Veber və aktyor Martin Pol da vardır.