From Wikipedia, the free encyclopedia
Pyer Buyer — fransız alimi, fotometriyanın banilərindən biri, Paris Elmlər Akademiyasını üzvü (1731).
Pyer Buger | |
---|---|
Pierre Bouguer | |
| |
Doğum tarixi | |
Doğum yeri | Kroisik |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Paris |
Fəaliyyəti | riyaziyyatçı, geofizik, geodezist, astronom |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Vanndakı yezuit məktəbində tərbiyə almışdır. 1735–43-cü illərdə Yerin formasını müəyyən etmək məqsədilə Peruda dərəcə ölçüləri aparan ekspedisiyanın elmi rəhbəri olmuşdur. Tədqiqatları fiziki optikaya, astronomiyaya, geodeziyaya, hidroqrafiyaya, gəmi nəzəriyyəsinə həsr olunmuşdur. “İşığın miqdarı” anlayışını və fotometriyanın digər anlayışlarını irəli sürmüş, fotometrik cihazları təsvir etmiş, işığın parlaqlığının ölçülməsi üsullarını işləyib hazırlamışdır. 1729-cuildə işıq dəstəsi intensivliyinin mühitdə zəifləməsi qanununu müəyyən etmişdir (Buger-Lambert-Ber qanunu). Gəmiçilik işinin inkişafında böyük rol oynamış“Gəmi haqqında traktat” (1746) və “Şturman sənətinin nəzəriyyə və praktikasını əhatə edən naviqasiyaya dair yeni əsər”in (1753) müəllifidir. [1]
Marsda A krateri onun şərəfinə adlandırılmışdır. Həmçinin A ay krateri və bir asteroid də onun adınadır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.